İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampa qarşı ilk cinayət məhkəməsinin başlanacağı tarix AÇIQLANDI

374 17.02.2024 00:06 Dünya A A

ABŞ tarixində keçmiş prezidentə qarşı ilk cinayət işinə - Donald Trampa qarşı cinayət işinə baxılmasına martın 25-də münsiflər heyətinin seçimi ilə başlanacaq.

Musavat.com xəbər verir ki, bu qərar Nyu York məhkəməsi tərəfindən fevralın 15-də Trampın vəkillərinin məhkəmənin onun seçki kampaniyasına mane ola biləcəyi əsası ilə təxirə salmaq xahişini rədd edərək qəbul olunub.

Müvafiq qərar Manhetten Cinayət Məhkəməsinin saytında dərc edilib.

Trampın vəkilləri həmçinin israr edirdilər ki, bu məhkəmədə ədalətli mühakimə olunma ehtimalı azdır, çünki münsiflər heyəti qərəzsiz olmaya bilər.

Bütün bu iddialar da rədd edilib.

Bu, ABŞ-ın keçmiş prezidentini və 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə ABŞ Respublikaçılar Partiyasının potensial namizədini təhdid edən dörd cinayət məhkəməsindən birincisidir. Bu işin bir hissəsi olaraq Donald Tramp keçmiş porno ulduz Stormi Danielsə susmaq müqbailində  pul ödəməklə maliyyə fırıldaqçılığında ittiham olunur. O, 2006-cı ildə Trampla intim münasibətdə olduğunu iddia edib. 2016-cı il prezident seçkilərindən bir müddət əvvəl Daniels susqunluq razılaşması çərçivəsində Trampın vəkillərindən 130 min dollar alıb.

2018-ci ildə ödəniş faktını Trampın keçmiş vəkili Maykl Koen etiraf edib. Siyasətçi özü həm Daniels ilə əlaqəsini, həm də onun aldığı ödənişlərlə əlaqəsini inkar edir. Üstəlik, bu cür ödənişlər özlüyündə qanunsuz deyil, lakin ittiham tərəfinin onların necə rəsmiləşdirildiyi ilə bağlı şikayətləri var - prokurorluq bunu maliyyə hesabatlarının saxtalaşdırılması kimi qiymətləndirir.

Donald Tramp Amerika tarixində cinayət ittihamı ilə üzləşən və bununla bağlı mühakimə olunan ilk keçmiş prezident olacaq. Onun barəsində başqa cinayət işlərinin nə vaxt başlaya biləcəyi hələlik dəqiq bilinmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR