İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampa impiçment tələbi: Ağ Ev başçısının “ikinci müddət” şansı sıfırlanır?

516 22.10.2019 08:20 Siyasət A A

ABŞ prezidenti Donald Trampın impiçment proseduru, bəzi müşahidəçilərin fikrincə, ABŞ-da aktiv olaraq xaos səpməkdən zövq alan, ABŞ hökumətini parçalayan Rusiyanı məmnun edir. Konqresin Xarici İşlər Komitəsinin 19 respublikaçı üzvü “Wall Street Journal”a ortaq bir məktub göndərərək bildirib ki, “İmpiçment - məhz Vladimir Putinin istədiyi şeydir”.

Konqres üzvləri yazıblar: “Onun məqsədi, indi və 2016-cı il seçkisindən əvvəl, amerikalıları bir-birilərinə qarşı qoymaq və demokratik prosesimizə inamı sarsıtmaq idi”.

“Politico”dan Tatyana Stanovaya yazıb ki, 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə Rusiyanın müdaxilə etməsinə dair açıqlamalardan sonra iki ölkə arasında əlaqələr daha da pisləşib. Buna baxmayaraq, Tramp Kremlin ikitərəfli münasibətləri canlandırmaq üçün etibar etdiyi yeganə siyasi aktyor olaraq qalır.

Yeri gəlmişkən, Demokrat Partiyasının üzvləri hesab edirlər ki, prezidentin Ukrayna dövlət başçısı ilə telefon danışığı zamanı söylədikləri ABŞ-ın milli təhlükəsizliyi baxımdan ciddi narahatlıqlar doğurur. “The Washington Post” qəzeti sentyabrın 19-da ABŞ hərbi kəşfiyyatının əməkdaşının rəhbərliyə şikayət edərək, prezident Donald Trampın xarici dövlət başçılarından biri ilə “milli təhlükəsizliyə xələl gətirən fikirlər” söylədiyini bildirib.

ABŞ mediası araşdırma aparıb və həmin xarici ölkə başçısının Ukrayna prezidenti Vladimir Zelenski olduğunu üzə çıxarıb. Sentyabrın 22-də isə sabiq vitse-prezident Co Bayden bununla bağlı təhqiqata başlanılmasını tələb edib, bununla da vəziyyət gərginləşib.

Tofiq Abbasov: ile ilgili görsel sonucu

Tofiq Abbasov: “Rusiyanın siyasi elitası baş verənləri yumor hissi ilə qarşılayır”

Politoloq Tofiq Abbasovun “Yeni Müsavat”a bildirdiyinə görə, prokuror Müllerin araşdırmalarının nəticəsindən sonra Trampın komandası əməlli-başlı nəfəs aldı. Onun sözlərinə görə, Zelenski ilə telefon söhbətində cinayət tərkibi olsaydı, istintaq təsdiqləyərdi: “Düzdür, müəyyən tənqidlər səslənir, prokuror cəsarətsizlikdə qınanır. Amma Konqresdə də dinləmələr oldu. Tramp özü də bildirdi ki, onun günahı yoxdur və ”feyk nyus" sistemi demokratlar tərəfindən istifadə edilir. İstisna deyil ki, yeni hansısa faktlar ortaya çıxa bilər. Çünki Trampın əleyhdarları səy göstərirlər. Amma inanmıram ki, sonda Trampa impiçment olacaq. Eyni zamanda Trampın vədlərinin yerinə yetirilməsi amerikalıların sosial həyatında öz əksini tapıb. Həmçinin Amerikanın hərbi kontingentini müharibədən uzaqlaşdırır. Bunlar müsbət təsirlər göstərməkdədir", - deyə analitik qeyd etdi.

O, Rusiyanın siyasi elitasının ABŞ kluarlarında baş verənləri etinasız, yumor hissi ilə qarşıladığını düşünür: “Rusiya kimi dövlətin yəqin ki, Amerikada rıçaqları var, oradakı proseslərdə təsiri və iştirakı olub. Amma sözsüz ki, bunu kimsə etiraf etməyəcək. Əlində rıçaq olan tərəflər susmaqla özünə bəraət qazandırır, Putin özü də deyir ki, onların əlində əsaslı faktları yoxdur. Amerikada belə qalmaqallar adi qarşılanır. Qara piarla bağlı faktların  açılması normal qəbul edilir. Ona görə Tramp cılızlığa getmir. Seçki ərəfəsində Trampın aktivi passivindən çoxdur”.

Ramiyə Məmmədova: ile ilgili görsel sonucu

Ramiyə Məmmədova: “Demokratlar yevangelistlərin onun yenidən prezident seçilməsinə dəstək verməsindən qorxurlar”

Analitik Ramiyə Məmmədova da Trampa impiçmentinin reallaşmasına inanmır: “Amerika iqtisadiyyatı indiki prezidentin siyasəti sayəsində dirçəlib. Demokratlar yevangelistlərin onun yenidən prezident seçilməsinə dəstək verməsindən qorxurlar. Trampın amerikalılar qarşısında qeyri-adekvat siyasətçi, fırıldaqçı obrazını yaratmağa, hərtərəfli vurmağa çalışırlar”.

Politoloqun sözlərinə görə, Tramp kürd problemini də Obama administrasiyasının üstünə atdı və özünü təmizə çıxardı: “Bununla demokratların riyakar olduqlarını, bütün problemlərin onlardan qaynaqlandığını göstərməyə çalışdı. Üstəlik, ABŞ-da Trampı dəstəkləyən qüvvələr var. Onlar qoymazlar ki, impiçment olsun. Həmçinin ciddi lobbi məsələsi var. Ancaq növbəti seçkilərdə şansının 50 faiz olduğunu düşünürəm. Çünki dünyada gedən kataklizmlərin seçkilərin nəticələrinə təsiri olacaq”.

Elxan Şahinoğlu: ile ilgili görsel sonucu

Elxan Şahinoğlu: “Amerika tarixində heç bir prezidentin impiçmentlə uzaqlaşdırılması olmayıb”

Siyasi ekspert Elxan Şahinoğlu da bildirdi ki, Rusiya, Ukrayna və Türkiyə ilə bağlı Trampa qarşı impiçment iddiaları var:

“Amma Amerika tarixində heç bir prezidentin impiçmentlə uzaqlaşdırılması olmayıb. 200 il qabaq tətbiq etmək istəyiblər, alınmayıb. 1974-də Niksonun impieçment təhlükəsi varıydı, amma özü istefa verib.

1998-də Klintona qarşı impiçment olmalıydı, o da təhlükədən qurtuldu. Düşünürəm ki, Tramp da bu təhlükədən xilas olacaq".

Siyasi şərhçi Azər Rəşidoğlunun fikrincə, Senatda çoxluğa nəzarət etdiyinə görə Trampa qarşı impiçment tələbinin reallaşacağı inandırıcı görünmür: “Bunu demokratlar da anlayır. Belə olan təqdirdə o ehtimalın üzərində dayanmaq olar ki, hədəfdə Trampın vaxtından əvvəl öz postundan getməsi deyil, növbəti seçkilərdir. 2020-ci ildə ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək. Demokratların məqsədinin Trampı ikinci dəfə ölkəyə rəhbərlik etmək şansından məhrum etmək olduğu daha ağlabatan görünür. İmpiçmentdən qurtulsa belə, Tramp növbəti seçkilərə yetərincə hazırlaşa bilməyəcək, onun növbəti seçkilərə qədər əsas fəaliyyəti özünü təmizə çıxarmağa yönələcək”.

Azər Rəşidoğlu ile ilgili görsel sonucu

Azər Rəşidoğlu: “Trampı ikinci dəfə prezident şansından məhrum etmək daha ağlabatan görünür”

A.Rəşidoğlu hesab edir ki, demokratlara yaxın mətbuat növbəti seçkilərə qədər bu istiqamətdə fəaliyyətini davam etdirəcək, “Tramp cinayətkardır, yalançıdır və milli təhlükəsizliyə təhlükədir” tezislərini ictimai rəyə təlqin etməyə çalışacaq: “Belə rəylər artıq mətbuatda geniş işıqlandırılır və inkişaf etdirilir. Bu baxımdan, demokratlar impiçment prosedurunu uzada və bu müddət ərzində Trampın nüfuzuna ağır zərbələr endirə bilərlər. Ümumiyyətlə, impiçment proseduru uzun çəkir. Məsələn, Bill Klintona qarşı başlanan impiçment proseduru 4 ay çəkmişdi”.

Emil SALAMOĞLU,

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR