İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampa BÖYÜK ŞOK

1894 16.03.2024 19:19 Dünya A A

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens prezidentliyə namizəd Donald Trampı dəstəkləyə bilməyəcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə o, “Fox News” kanalına müsahibəsində bildirib.

“Donald Tramp 4 ildir bizə rəhbərlik edən mühafizəkar gündəmə zidd olan bir gündəmi təqib edir. Buna görə də mən bu kampaniyada Trampı dəstəkləyə bilmərəm”, - deyə Pens söyləyib.

“Prezidentlik kampaniyam zamanı mən Donald Trampla aramızda bir sıra məsələlərdə dərin fikir ayrılıqlarının olduğunu açıq şəkildə bildirdim. Mən onun milli borcla mübarizə öhdəliyimizi tərk etdiyini görürəm. Mən onun insan həyatının müqəddəsliyinə bağlılığından qaçmağa başladığını gördüm”, - deyə sabiq vitse-prezident qeyd edib.

Bununla belə, Mayk Pens 2024-cü il seçkilərində kimə səs verəcəyini açıqlamayıb və səsini özünə saxlayacağını deyib. O, ABŞ prezidenti Co Baydenə də heç bir halda səs verməyəcəyini dilə gətirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR