İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp yenə Makrona qəzəbləndi: “Biz gələnə qədər artıq alman dilini öyrənirdiz”

1415 13.11.2018 17:59 Dünya A A

ABŞ prezidenti Donald Tramp ikinci dəfə Emmanuel Makronu Ümumavropa ordusunu yaratmaq barədə sözlərinə görə sərt şəkildə tənqid edib.

Ağ Evin sahibi bunula bağlı öz rəyini tvitter hesabında yazıb: “Emmanuel Makron Avropanın ABŞ, Çin və Rusiyadan qorunması üçün öz ordusunu yaratması gərəkdiyini yazır. Lakin Birinci və İkinci Dünya müharibələrində qarşı tərəf Almaniya idi. Fransa üçün bu nə ilə nəticələndi? ABŞ gəlməzdən qabaq Fransada artıq alman dilini öyrənirdilər. Siz NATO-ya görə pul ödəyəcəksiniz, ya yox”.

Xatırladaq ki, daha öncə də Makronun ümumavropa ordusu haqqında söylədiklərini Tramp yenə də tvitter vasitəsilə təhqiramiz adlandırmışdı.

Fransa prezidenti isə jurnalistlərin Trampın tvitləri ilə bağlı sualına cavab olaraq “tvitter diplomatiyası”nın tərəfdarı olmadığını söyləyib.

Onu sözlərinə görə, mübahisəli məsələri üz-üzə müzakirə etmək daha faydalıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR