ABŞ prezidenti Donald Tramp üçün hazırlanan xüsusi zirehli avtomobil ilk dəfə yollarda görünüb.
Donald Tramp ilk dəfə zirehli maşını ilə Nyu-Yorka BMT Baş Assambleyasının 73-cü sessiyasına gedib.
Avropa.info Tramp üçün hazırlanan, dəyəri 1,1 milyon dollar olan zirehli avtomobilin xarakteri haqqında məlumatı oxuculara çatdırır.
“Canavar” ləqəbi alan “Cadillac” istənilən raket zərbələrinə tab gətirmək qabliyyətinə malikdir. Bu “Canavar” hətta ballistik, kimyəvi və digər güclü partlayıcı raketlərdən müdafiə oluna bilir. Yəni bu avtomobilin özəl xarakterlərini sadalamaqla bitmir.

Xüsusi hazırlanan avtomobil bioloji, kimyəvi silahlardan hücumundan tam müdafiə oluna bilər və Trampa bu bioloji və kimyəvi silahların zəhəri heç cür təsir etməyə bilər.

Maşının içində oksigen balonu, qan itirən zaman xüsusi ehtiyat qan bankı var. “Canavar”ın şüşələrinin hər birinin qalınlığı 12 sm. qalınlığında, qpıları isə Boeing 757 təyyarəsinin qapısı ağırlığındadır.

Avtomobilin digər özəl xüsusiyyətlərindən biri də lazımi anda hücuma da keçə bilməsidir.

Avtomobilin ön hissədən pnevmatik silahlarla və gözyaşardıcı qaz balonları ilə təchiz olunub.

Avtomobil ballistik, partlayıcı və kimyəvi paketlərdən qorunma qabliyyətinə də malikdir.







