İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp "Twitter”də blok olunmasından danışdı: "Səhifəm qiyamçı əməkdaş tərəfindən bağlanıb"

767 03.11.2017 19:07 Gündəm A A

ABŞ prezidenti Donald Tramp “Twitter”dəki səhifəsinin qısa müddətə blok olunmasına münasibət bildirib.

İKT.lent.az-ın xəbərinə görə, D. Tramp bu barədə “tvit” yazıb. “Mənim “Twitter” səhifəm qiyamçı əməkdaş tərəfindən 11 dəqiqəlik bağlanıb. Görünür, müraciətlər nəhayət ki, insanlara çatır və öz təsirini göstərir”, - deyə o, bildirib.

Bir çox istifadəçi “tvit”in ikinci cümləsini anlamaqda çətinlik çəkib. Söhbətin hansı müraciətdən getdiyi məlum olmur.

Xatırladaq ki, D. Trampın “Twitter” səhifəsi noyabrın 2-də 11 dəqiqə bağlı qalıb. Şirkət əvvəlcə hadisəyə görə üzr istəyərək bunun bir əməkdaşın səhvi ucbatından baş verdiyini bildirib. Daha sonra şirkət növbəti açıqlamasında bu hərəkəti işdən azad edilən əməkdaşın son iş günündə etdiyini diqqətə çatdırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR