ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə 18 martda danışacağını bəyan edib.
Musavat.com "Reuters"ə istinadən xəbər verir ki, Tramp bu telefon danışığında ərazi məsələlərini müzakirə etməyi planlaşdırır.
Bundan əlavə, Ağ Ev rəhbəri Ukraynadakı münaqişə çərçivəsində "aktivlərin bölüşdürülməsi" məsələsinin artıq müzakirə olunduğunu bildirib. ABŞ bu mövzuda tərəflərlə danışıqlar aparır.
Siyasi müşahidəçilər Tramp-Putin dialoqunun gedişatını və nəticələrini diqqətlə izləyirlər. ABŞ və Rusiya arasında bu əlaqənin gərginlik, yoxsa yeni anlaşmalar gətirəcəyi maraq doğurur.
Musavat.com