İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Meloniyə HƏ DEDİ - TEZLİKLƏ...

630 18.04.2025 19:16 Dünya A A

ABŞ prezidenti Donald Tramp İtaliyanın baş naziri Corcia Meloninin dəvətini qəbul edib və tezliklə İtaliyaya rəsmi səfər edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər Trampın səfəri çərçivəsində ABŞ və Avropa liderlərinin ayrıca görüşünün keçirilməsi imkanını nəzərdən keçirirlər.

"Prezident Tramp baş nazir Meloninin rəsmi dəvətini qəbul edib və yaxın gələcəkdə İtaliyaya səfər edəcək. Bu səfər çərçivəsində ABŞ ilə Avropa arasında ayrıca bir görüşün keçirilməsi də nəzərdən keçirilir", – birgə bəyanatda deyilir.

Qeyd olunur ki, ABŞ və İtaliya Ukraynada atəşkəsin əldə olunması və ədalətli, davamlı sülhün təmin edilməsi istiqamətində prezident Donald Trampın liderliyini tam dəstəkləyirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR