İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: "Kim Çen Inla növbəti görüşü səbirsizliklə gözləyirəm"

445 25.12.2018 07:42 Dünya A A

ABŞ prezidenti Donald Tramp bildirib ki, rəsmi Pxenyanla danışıqların gedişatında tərəqqi mövcuddur.

"Report" TASS-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün "Twitter" hesabında yazıb.

O, qeyd edib ki, KXDR lideri Kim Çen Inla görüşü səbirsizliklə gözləyir.

"Tərəqqi var. Sədr (KXDR-in Dövlət Şurasının sədri - red) Kim Çen Inla növbəti sammiti səbirsizliklə gözləyirəm", - deyə o, Ağ Evdə KXDR-lə bağlı brifinqin fotosunu da özünün səhifəsinə yerləşdirib.

Daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo KNSS radiostansiyasına müsahibəsində bildirib ki, Birləşmiş Ştatlar Donald Trampla Kim Çen Inla ikinci görüşünün 2019-cu ilin əvvəllərində keçiriləcəyinə ümid edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR