İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp istədiyinə nail oldu - General Motors süni tənəffüs aparatları istehsal edəcək

469 08.04.2020 20:17 Dünya A A

ABŞ-ın avtomobil nəhəngi General Motors ölkənin Səhiyyə Nazirliyi və sosial xidmətləri üçün 30 min süni tənəffüs aparatı istehsal edəcək.

Konsernin saytında yerləşdirilən məlumatda bildirilir ki, General Motors və ABŞ-ın tibbi avadanlıqlar istehsalçısı olan Ventec Life Systems şirkəti ağır xəstələrin müalicəsi üçün tələb olunan avadanlığın istehsalını ən qısa müddətə təmin edəcəklər.

The Wall Street Journal-ın yazdığına görə, konsernlə hökumət arasında bağlanmış müqavilənin dəyəri 489,4 milyon dollar təşkil edir. Konsern ilk 6 min aparatı iyunun 1-dək, qalanları isə avqustda təhvil verməyi üzərinə götürüb.

Xatırladaq ki, martın sonlarında ABŞ prezidenti Donald Tramp General Motors-u kəskin tənqid etmişdi. Tramp özünün Twitter hesabında konserni təcili olaraq ağciyərlərin süni ventilyasiya aparatlarının istehsalını təşkil etməyə çağırmışdı: “Həmişə olduğu kimi, bu “General Motors”da heç vaxt heç nə alınmır. Onlar dedilər ki, “çox tezliklə” bizə 40 min ədəd belə aparat verəcəklər. İndi isə deyirlər ki, aparatların sayı 6 min olacaq, özü də hələ aprelin sonunda. Həm də istəyirlər ki, biz buna görə həddən artıq çox pul ödəyək”.

Martın 30-da isə o, Vyetnam müharibəsi dövründə qəbul edilmiş qanunvericiliyə əsasən konsernin üzərinə süni tənəffüs aparatları istehsalına başlamaq öhdəliyi qoymuşdu.

DÜNYA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR