İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp impiçment üzrə dinləmələrə hüquqşünaslarını göndərməyəcək

197 03.12.2019 04:38 Son xəbər A A

Ağ Ev prezident Donald Trampın dekabrın 4-də Konqresin Nümayəndələr Palatasının Hüquq komitəsində impiçment proseduru çərçivəsində keçiriləcək yeni dinləmələrə səlahiyyətli nümayəndələrini göndərməyəcək.

"Report" xəbər verir ki, bu barədə TASS bildirib.

ABŞ lideri də Londonda keçiriləcək NATO sammitinə getməzdən əvvəl Ağ Evdə jurnalistlərlə söhbət zamanı bunu təsdiq edib.

Tramp öz hüquqşünaslarından heç olmasa birini dinləmələrə göndərməməsi barədə suallara belə cavab verib: "Çünki bu niyyətlərin hamısı fırıldaqdır".

"Bunu hamı bilir", - ABŞ rəhbəri əlavə edib.

O, növbəti dəfə sentyabrda impiçment proseduruna təşəbbüs edən Konqresin Nümayəndələr Palatasına nəzarət edən demokratları siyasi mübahisənin qeyri-düzgün metodlarından istifadədə ittiham edib. "O şeyi ki, onlar bizim ölkəmizə edir, - bu sözsüz biabırçılıqdır!" - deyə Tramp qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR