“ABŞ Kataloniyanın müstəqilliyinin əleyhinə çxış edir, çünki bu addımın Avropanı və NATO-nu parçalamağa doğru aparacağını gözəl bilir”, - İtaliyanın “La Stampa” qəzetinin yazarı Paolo Mastrolilli yazısında qeyd edib.
Müəllif Ağ Evin İspaniyadakı hadisələrin fonunda İtaliyanın Lombardiya və Veneto əyalətlərindəki referendumları da narahatlıqla izlədiyini ifadə bildirir. “Amerikalılar əmin olublar ki, Moskva burada da qeyri-sabiltlik yaratmaq üçün hər cür fəaliyyət göstərir”, - yazıda qeyd olunub.
Mastrolilli bu səbəbdən Donald Trampın sentyabrın 26-da İspaniyanın baş naziri Mariano Rahoyla görüşündə ona sözsüz dəstək verdiyini vurğulayıb. “İspaniya qüdrətli və böyük olkədir və o vahid qalmalıdır”, -Tramp mövqeyini açıq şəkildə nümayiş etdirib.
Yazar Donald Trampın seçkiqabağı sözlərinə rəğmən Ağ Evə köçdükdən sonra reallıqları başqa cür gördüyünü bildirir.
“Seçkiqabağı kampaniyada Tramp “Breksit”i dəstəkləyirdi. Çünki bu hadisənin onu özünün qələbəsinə gətirib çıxıracağını hiss etmişdi. Lakin prezident olduqdan sonra o, bu xətti dəyişməyə məcbur oldu”.
Yazıda Trampın müşavirlərinin onu İspaniya kimi ABŞ üçün olduqca vacib sayılan müttəfiqin parçalanmasının NATO və Avropa Birliyinin əsaslarını sarsıdacağını və bütün bunların ABŞ-ın maraqlarına cavab vermədiyinə inandırdıqları bildirilir:
“Amerikalılar İspaniyadakı separatizmin real motivlərini olmadığını hesab edirlər. Onların fikrincə, Kataloniya onsuz da yüksək siyasi muxtariyyata malik bir dövlətdir. Buna görə də ABŞ rəsmiləri Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin aşağıdakı sözlərinə dəstək verirlər: “98 dövlətdən ibarət və parçalanmış Avropanın Rusiydan başqa heç kimə xeyri yoxdur”.
ABŞ xüsusi xidmət orqanlarının, siyasi ekspertlərinin təsbitlərinə görə, Rusiya internet, sosial şəbəkələr və digər texniki vasitələrlə Kataloniyanın separatçı lideri Karles Puçdemona referendum zamanı hər cür dəstək göstəriblər.
“Kremlin Kataloniya məsələsində separatçıların yanında durması üçün 2 əsas motivi var: birincisi, Qərbin parçalanmasına yönəlik kampaniyanın davam etdirilməsi və onun yaratdığı birliklərin dağıdılması:, ikincisi isə Moskvanın maraqlarına cavab verə biləcək fəlakətli presedentin yaranması.
Çünki Kataloniyanın müstəqilliyi sabah İtaliyaya, oradan Avropa Bilriyinə yayılan epiedmiyaya çevrilərək NATO-nun da gələcəyini təhlükə altına qoyur. Putinin bununla Krım və Donbasın da işğalına haqq qazandırmağa əlinə fürsət keçəcək. Bu səbəbdən ABŞ-ın Kataloniyanın müstəqiliyyinə cavabı indidən bəllidir -“Yox!”, - müəllif yekunda qeyd edib.
Musavat.com






