İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp G20 sammitində Putinlə görüşəcəyini təsdiq edib

393 20.06.2019 09:15 Dünya A A

ABŞ Prezidenti Donald Tramp G20 sammitində rusiyalı həmkarı Vladimir Putin və Çin sədri Si Szinpinlə görüşəcəyini təsdiq edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Amerika lideri bunu "Fox News"a müsahibəsində deyib.

"Mən Rusiya ilə münasibətləri yoluna qoymaq istəyirəm və düşünürəm ki, belə də olacaq. Mən Çin ilə də yola getmək istəyirəm və düşünürəm ki, elə də olacaq. Mən gələn həftə Yaponiyada keçiriləcək G20 sammitində onların hər ikisi ilə görüşəcəyəm. Bizim Rusiya və Çin ilə yaxşı münasibətlərimiz olacaq, bunun belə olması çox vacibdir. Onlar güclü ölkələrdir, biz isə daha da güclü ölkəyik", - deyə Tramp bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR