İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Fransanın İranla vasitəçilik cəhdlərinə soyuq və kobud reaksiya verib

738 25.08.2019 20:06 Son xəbər A A

Xəbər verildiyi kimi, G7 ölkələrinin liderləri İran körfəzində gərginliyin azaldılması və rəsmi Tehranla danışıqlar aparılması üçün razılığa gəliblər.

Musavat.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Fransa prezidenti Emmanuel Makron xüsusi bəyanatla çıxış edib.

“Biz İran problemi üzrə birgə mövqe sərgiləmək üzərində anlaşdıq”, -deyə E.Makron “LCİ” teleşirkətinə verdiyi müsahibədə bildirib.

Lakin ABŞ prezidenti Donald Tramp həmin təklifin müzakirəsində iştirak etmədiyini söyləyib.

Junalistlərin Fransa prezidentinin G7 ölkələrinin adından İran haqqında çıxış etməsi üçün birgə bəyannaməni imzaladığı barədə sualına ABŞ prezidenti neqativ cavab verib. Lakin o, Emmanuel Makron və Yaponiya baş naziri Sindzo Abenin İranla danışıqlar aparmaqda sərbəst olduğunu vurğulayıb.

“Mən baş nazir Abeni də dəstəkləyirəm. ona görə ki, o da İranla görüşmək istəyir və rəsmi Tehranla yaxşı münasibətləri var. Lakin İran iki il yarım öncəki ölkə deyil. Biz isə öz addımlarımızı atacağıq. Bu adamlara danışmağı qadağan edə bilmərəm. Qoy nə istəyirlər desinlər”, -deyə Tramp qeyd edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR