İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp əmin addımlarla Ağ Evə gedir – artıq lazımi sayda nümayəndəsi var

748 13.03.2024 10:51 Dünya A A

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar partiyasının namizədi olmaq üçün lazımi sayda nümayəndəni təmin edib.

Musavat.com xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.

“Tramp Corciya, Missisipi və Vaşinqtonda qazandığı qələbələrlə respublikaçıların ehtimal olunan namizədi olmaq üçün lazım olan 1215 nümayəndə baryerini keçib. O, respublikaçıların iyulda keçiriləcək milli qurultayında namizədliyini rəsmən təqdim edəcək”, - nəşr yazır.

Tramp hazırkı praymerizdə qazana bildiyi uğuru qeyd edib və komandasına təşəkkürünü bildirib. O, əlavə edib ki, indi “ABŞ tarixinin ən pis administrasiyası və ən pis prezidentini məğlub etmək” üçün işə başlamalıdır.

Bundan əvvəl “Politico” ABŞ-ın hazırkı prezidenti Co Baydenin Demokratlar partiyasından ABŞ prezidentliyinə namizədliyini rəsmən irəli sürdüyünü yazmışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR