İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tramp bu seçkiləri də uda bilər” -Hikmət Hacızadə

793 20.06.2019 09:50 Siyasət A A

ABŞ prezidenti Donald Tramp rəsmi olaraq bildirib ki, o, 2020-ci ildə keçiriləcək seçkilərdə ikinci müddətə namizəd olmaq niyyətindədir. “Report” xəbər verir ki, bu barədə o, Floridada tərəfdarları qarşısındakı çıxışında deyib. “Mən rəsmən sizin qarşısında ikinci müddətə Birləşmiş Ştatların prezidenti vəzifəsinə seçki üzrə öz kampaniyamın başlandığını elan edirəm”, - deyə o bildirib.

Trampın sözlərinə görə, onun prezident seçildiyi 2016-cı il “tarixdə xüsusi an olub”. O, həmçinin qeyd edib ki, Ağ Evə daxil olduğu ilk gündən kimin onu bura göndərdiyini unutmayıb. “Söz verə bilərəm ki, sizi heç vaxt pis vəziyyətdə qoymayacağam”, - deyə ABŞ prezidenti vəd edib.

Trampın qərarını açıqlaması geniş müzakirələr doğurub. Onun ikinci dəfə seçkilərdə qalib gəlib-gəlməyəcəyi yönündə müxtəlif fikirlər səslənir. Bir çoxu ikinci dönəm üçün də Trampın Amerika prezidenti olacağını istisna eləmir.

Arqument kimi də ABŞ-da son dövrlər prezidentlərin ard-arda iki dönəm Ağ Evdə əyləşdikləri önə çəkilir. Təsadüfi deyil ki, son 9 dövlət başçısından 7-si 8 il kreslonu başqasına verməyib.

Asim Mollazadə ile ilgili görsel sonucu

Asim Mollazadə: “Onun bu istiqamətdə böyük şansları var”

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Trampın yenidən qalib gəlmə şansının yüksək olduğunu düşünür: “Amerikada seçkilər ərəfəsində ən ciddi amil ölkənin iqtisadi vəziyyətidir. Hazırda ABŞ-da əvvəlki illərdən fərqli olaraq çox yüksək şəkildə iqtisadiyyatda nəticələr var, iqtisadiyyat daha da inkişaf edir. Mənə elə gəlir ki, Trampın yenidən seçkilərə qatılmasının əsas səbəblərindən biri də ölkədəki iqtisadi vəziyyətdir. Onun ümidləri yenə də Amerikan xalqı ilə bağlıdır və o, xalqının iqtisadi amilə önəm verdiyini yaxşı anlayır. Bu səbəbdən yenidən seçkilərə qatılmaq qərarına gəlib. Onun bu istiqamətdə böyük şansları var. Mənə elə gəlir ki, Tramp üçün impiçment təhlükəsi yoxdur. Sadəcə olaraq, seçkiləri uduzan siyasi qüvvələr və onlara yaxın media orqanları bu məsələni gündəmə gətirirlər. Bu da hər zaman uğursuz olur. Ötən seçkilərdəki məğlubiyyətdən nəticə çıxara bilməyən siyasi qüvvələr yenə eyni səhvlərə yol verirlər. Qərarı Amerika xalqı verəcək. Xalq da bu qərarı verərkən ilk növbədə öz iqtisadi durumuna önəm verəcək”.

Ä°lgili resim

Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə də fərqli düşünmür: “Tramp bu seçkiləri də uda bilər. Əslində söz-söhbətlərə baxmayaraq, o öz proqramını həyata keçirir, uğurlar qazanır, Amerika iqtisadiyyatı artır, pensiyalar da artır. İş yerlərinin isə sayı getdikcə çoxalır. Tramp qanunsuz miqrantlarla da uğurlu mübarizə aparır. Dünyada da çox aktiv siyasət yeridir. Barak Obamanın etmədiklərini bu edir. Bu baxımdan mənə elə gəlir ki, Trampın şansları var və özü də çoxdur. Onun ətrafında guya impiçment təhlükəsinin olduğunu müxalifət partiyaları gündəmə gətirir. Amma uğur qazana bilmirlər. Amerikada hər bir insan üçün eyni vəziyyət var. Bir insan ən ağır cinayətdə ittiham oluna bilər və cəmiyyət həmin insana təhlükə ilə yanaşacaq. Amma məhkəmə qərar qəbul etsə ki, ittiham olunanın günahı yoxdur, o zaman söz-söhbətlər bitir, normal adam olursan, cəmiyyət də sənə yaxşı münasibət sərgiləyir, insanlar sənə əl uzadır”.

Əhəd Məmmədli ile ilgili görsel sonucu

Əhəd Məmmədli: “Onun ilk prezidentlik dönəmi uğurlu sayıla bilər”

Siyasi şərhçi Əhəd Məmmədli bu qərarın gözlənilən olduğunu qeyd etdi: “Tramp kimi iddialı lider təbii ki, ikinci dəfə prezidentliyə namizədliyini verəcək. Niyə də verməsin? Adamın prezidentliyi dövründə ölkəsinin iqtisadiyyatı, xalqının sosial rifahı daha da inkişaf etdi, yaxşılaşdı. Bütün problemlərə, skandallara, impiçment təhlükəsinə rəğmən, Trampın ilk prezidentlik dönəmini uğurlu saymaq olar. Ən azı, daxili siyasətdə bu belədir. Amerikalılar üçün də əsas özləridir, sonra dünya siyasəti. Xarici siyasətdə də Trampı uğursuz saymaq olmaz. Şimali Koreya ilə münasibətlərin düzəlməsi yönündə atılan addımları müsbət adlandırmaq olar. Yəhudi lobbisi, İsraillə şəxsən Trampın münasibətləri yüksək səviyyədədir. Qüds, Holan təpələri məsələlərində verdiyi qərarlar Trampın daxildə mövqelərini daha da gücləndirdi. Onu dünya yəhudilərinin dostu etdi. Həm daxil, həm də xaricdə bütün zərurətlər, ehtimallar var ki, Donald Tramp ikinci dəfə prezident seçilsin”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR