İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Amerika mediasının anonim mənbələrdən yalan məlumatlar yaymasından məyus olub

606 31.05.2017 00:42 Dünya A A

ABŞ prezidenti Donald Tramp Amerika KİV-lərinin anonim mənbələrdən daxil olan yalan məlumatlar yaymasından ciddi məyus olub.

"Report"un məlumatına görə, bu barədə Ağ Evin nümayəndəsi Şon Spayser jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Spayser deyib ki, Tramp yalan mənbələrə əsaslanan, dönə-dönə yayılan qeyri-düzgün informasiyalardan üzgündür.

"Prezidenti məyus edən səbəb yalan mənbələrə əsaslanan qeyri-düzgün informasiyaların dönə-dönə yayılmasıdır. Və mən düşünürəm ki, bu, problemdir" – deyə Ağ Evin nümayəndəsi bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR