İnsanlara hürriyət, millətlərə istiqlal!

“Trabzonspor”un futbolçuları arasında yumruq davası (FOTO)

1988 16.03.2013 01:38 İdman A A

Türkiyə Superliqasında “Bursaspor”a 3:2 hesabı ilə məğlub olduğu oyundan sonra “Trabzonspor” klubunun futbolçuları arasında dava düşüb. Musavat.com-un “Habertürk”ə istinadən verdiyi məlumata görə, argentinalı Qustavo Kolman komanda yoldaşı Mustafa Yumluya umruq atıb.

Qarşılaşmanın əsas vaxtına əlavə edilən dəqiqələrdə həmvətəni Batallaya qarşı qayda pozuntusuna görə sarı kart alan Kolman oyun bitdikdən sonra da “Bursaspor”lu futbolçu ilə mübahisəni davam etdirib. Mustafa Yumlu isə komanda yoldaşını ayırmağa çalışıb. Amma onun bu hərəkəti Qustavo Kolmanı hirsləndirib və o, Mustafa Yumluya yumruq atıb. Gözlənilməz reaksiyaya Kolmanı itələməklə cavab verən Mustafanı komanda yoldaşından dicər futbolçular ayırıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR