TQDK SƏDRİ DƏRSLİKLƏRDƏKİ SƏHVLƏRİ YENƏ TƏNQİD ATƏŞİNƏ TUTDU
M.Abbaszadə dedi ki, ali məktəblərə qəbul qaydaları artıq “Abituriyent” jurnalının 1-ci sayında dərc olunub. Jurnalda ali təhsil müəssisələrinə, tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə, hərbi liseylərə, orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasından qəbul proqramları verilib. TQDK sədri bildirdi ki, ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu həmişəki kimi internet vasitəsilə aparılacaq. Abituriyentlər TQDK tərəfindən təyin olunacaq vaxtda internet vasitəsilə abituriyentin elektron ərizəsini dolduraraq müvafiq sənədləri TQDK tərəfindən yaradılmış sənəd qəbulu komissiyalarına şəxsən təqdim etməklə ərizələrini rəsmiləşdirməlidir.
M.Abbaszadə qəbul qaydalarında ciddi bir yenilik olmadığını da əlavə etdi. Dedi ki, bu il ali və orta ixtisas məktəblərinə tələbə qəbulunda yeganə yenilik abituriyentlərə fənlər üzrə açıq testlər təqdim edilməsi ilə bağlı olacaq. Onun sözlərinə görə, TQDK 2011-ci il qəbul imtahanlarında açıq tipli test tapşırıqlarından istifadə etməyi razılaşdırır. M.Abbaszadə bildirdi ki, cari ildə ali məktəblərə qəbul bütün ixtisas qrupları üzrə Bakı, Naxçıvan, Gəncə və Sumqayıtda keçiriləcək.
TQDK sədrinin sözlərinə görə, bu il Lənkəranda yalnız bir ixtisas qrupu üzrə imtahanın keçirilməsi nəzərdə tutulub: “Gələn il burada da imtahanlar bütün qruplar üzrə keçiriləcək. Bundan əlavə, daha bir regionda imtahanın keçirilməsi planlaşdırılır. Ola bilsin ki, Şəkidə I ixtisas qrupu üzrə imtahan keçirilsin. Amma hələ dəqiq deyə bilmərəm ki, burada imtahan hansı qrup üzrə olacaq”.
Komissiya sədrinin sözlərinə görə, rezidenturaya qəbul qaydaları və proqramının açıqlanması martın sonuna planlaşdırılıb. Bundan başqa, magistratura üzrə ixtisas seçimində yeni ixtisasların əlavə edilməsi nəzərdə tutulub. M.Abbaszadə söylədi ki, gələn həftə bakalavrların ixtisas seçimi üzrə “Abituriyent” jurnalının yeni nömrəsi çap ediləcək. Qeyd edək ki, bu jurnal bütün ixtisas qruplarını əhatə edəcək.
TQDK sədri dərsliklərdəki səhvləri də tənqid atəşinə tutdu. Bildirdi ki, bəzi dərsliklərdəki səhvlər abituriyentlərin imtahanlarının nəticələrinə mənfi təsir göstərə bilər: “Hazırda ümumtəhsil məktəblərində istifadə olunan dərsliklərdə çoxlu sayda səhvlər tapılıb. Vəsaitlərdəki səhvlərin çoxu ”Biologiya", “Botanika”, “Zoologiya” və “İnsan anatomiyası” dərsliklərinə aiddir".
Komissiya sədri abituriyentlərə məsləhət görür ki, indiyədək bu dərsliklər üzrə topladıqları bilikləri TQDK-nın yeni hazırladığı vəsaitlər əsasında təkmilləşdirsinlər: “Çünki bu dərsliklərdə, ən çox da ”Biologiya" dərsliyində kifayət qədər səhv var. Bizim hazırladığımız nəşrlərdə isə bu səhvlər nəzərə alınıb və qəbul imtahanlarına düşəcək suallar məhz bizim vəsaitlərdə olan materiallar əsasında olacaq".
M.Abbaszadə bildirdi ki, son illər dərsliklərdə belə səhvlərin sayı xeyli çoxdur: “Bu səbəbdən də TQDK dərsliklərdəki səhvlərlə bağlı ”Abituriyent" jurnalında əlavə materiallar dərc etmək məcburiyyətində qalır. Bu il də dərsliklərdəki səhvlər jurnalın 1-ci sayında göstərilib. Jurnalın 57-ci səhifəsindən 66-cı səhifəsinədək məlumatlar təkcə dərsliklərdəki səhvlər haqqındadır. Çox təəssüf ki, belə səhvlər neçə illərdir təkrarlanır. Məsələn, “Biologiya” dərsliyində səhvlərə necə illərdir rast gəlinir".