İnsanlara hürriyət, millətlərə istiqlal!

Toyota və Mazda şirkətləri ABŞ-da 1.6 milyard dollarlıq maşınqayırma zavodu tikəcək

560 04.08.2017 15:59 Dünya A A

“Toyoto Motor Corp” və “Mazda Motor Corp” birləşib ABŞ-da elektrik maşınların istehsalı üçün zavod tikəcəklər. 1.6 milyon dollar maliyyə ilə bağlanan ortaqlığa Yaponiyanın digər maşın istehsalçıları da qoşulacaqlar.

Hər iki şirkət bir-birinin payından az miqdarda hissə sahibi olacaqlar. Toyota keçən il maşın satışına görə dünyada ikinci yerdə oldu və şirkət Mazdanın payından 5% alacaq. Toyota maşın sektorunda dominantlığını daha da artırmış oldu. Mazda isə ən böyük rəqibi Toyotadan 0.25% pay alacaq.

Donald Tramp bu xəbəri tvitter hesabından böyük sevinclə verdi.

“Toyota və Mazda 1.6 milyar investisiya ilə ABŞ-da zavod tikəcəklər və bu, Amerikada minlərlə iş yerinin açılması deməkdir” – Tramp yazıb.

Zavod ABŞ-da ildə 300000 maşın istehsal edəcək. Zavodda 4000 iş yerinin açılacağını bildirilir. Zavod 2012-ci ildə fəaliyyətə başlayacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR