İnsanlara hürriyət, millətlərə istiqlal!

“Toyota” şirkəti leysan yağışlara görə Fukuokadakı zavodlarında işi dayandırıb

498 28.08.2019 12:36 Son xəbər A A

Yaponiyanın nəhəng “Toyota” avtomobil istehsalı şirkəti avqustun 28-də leysan yağışlara görə ölkənin cənub-qərbindəki Fukuoka prefekturasında yerləşən zavodlarında işin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bildirilir ki, həmin qərar Kanda və Miyata şəhərlərində yerləşən iki zavoda şamil ediləcək. “Toyota” ilə yanaşı “Lexus” avtomobillərinin də buraxıldığı həmin zavodlarda istehsal xətti yerli vaxtla saat 16:00-dan ertəsi gün səhərədək dayandırılacaq.

Hazırda Yaponiyanın cənubunda leysan yağışlar davam edir. Təbii fəlakət nəticəsində üç nəfər həlak olub. Yerli hökumət strukturları 1 milyon 700 min nəfərə təxliyə xəbərdarlığı göndərib. Xüsusən Naqasaki, Saqa və Fukuoka prefekturalarında nəqliyyatın hərəkəti pozulub, küçələr su altında qalıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR