İnsanlara hürriyət, millətlərə istiqlal!

Toylar vətəndaşları soymağamı gəlir, özəlləşdirmə çekləri "dirilə" bilərmi: İqtisadçı Fikrət Yusifov “Canlı”da

971 28.06.2021 14:49 Gündəm A A

“Müzakirə Masası”nda gündəmində bir neçə məsələ var. İlk növbədə toy etməyə çalışanlar restoran sahiblərinin oxuduğu qiymət qarşısında şok keçiriblər və toya çağırılan şəxlər də indidən yüksək qiymətli stola görə nə qədər nəmər yazdıracağını düşünür. Bu bahalaşmanı şərtləndirən səbəblər nələrdir?

Digər tərəfdən vətəndaşların hər zaman bizə yazdığı özəlləşdirmə çeklərinin taleyi və dövlətin anonsunu verdiyi böyük özəlləşdirmə prosesi... İqtisadi gündəmin digər əsas mövzusu isə hər zaman haqqında danışdığımız uşaqpulu durur.

Bundan başqa Prezident İlham Əliyevin Ermənistan qarşısında qoyduğu xilas yolu xəritəsi və onun iqtisadi tərəfləri də önəmli məqamlardandır.

Bütün bu mövzuları və izləyiciləri narahat edən digər sualları Musavat TV-nin canlı yayınında “Müzakirə Masası” proqramında aparıcı Nərgiz Liftiyeva ilə iqtisadçı alim Fikrət Yusifov şərh edir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR