Toyda adam öldürənə 2 il 6 ay iş kəsildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dayısı oğlunu öldürməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Saleh Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə , məhkəmə ibtidai istintaqın başladığı 120.1( qəsdən adam öldürmə) maddəsini tövsif edilərərək 123.2 (Cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla qəsdən adam öldürmə) maddəsi tətbiq edilib və S.Hacıyevi 2 il 6 ay müddətə azadlıqdan məhrum edib.
Qeyd edək ki, qətl hadisəsi ötən il sentyabrın 27-də Xaçmaz rayonunda baş verib. Rayondakı şadlıq evlərindən birində keçirilən toy zamanı qohumlar arasında dava baş verib. 1982-ci il təvəllüdlü Saleh Hacıyevlə dayısı oğlu, 1986-cı il təvəllüdlü Rüfət Xeyrullayev arasındakı münaqişə daha da kəskinləşib. Bu zaman S.Hacıyev pilləkəndə dayanan dayısı oğlu Rüfət Xeyrullayevi itələyib. Nəticədə Rüfət yıxılıb və başı pilləkənə çırpılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.






