İnsanlara hürriyət, millətlərə istiqlal!

“Toya gedəndə sənətçinin sanballı itir” – Oksanadan mübahisə yaradacaq sözlər

443 21.08.2020 15:19 Şou-biznes A A

"Toylara artıq getmirəm. Səhnədə rəqs edirsən, tamaşaçı oturub izləyir. Diqqət yayınmır, sonda isə səni alqışlayırlar. Toyda isə fərqlidir. Sən oynayırsan heç kim baxmır: biri yeyir, o biri içki içir, qaçır, danışır. Bu da mənim özümü pis hiss etməyimə səbəb olur. Başladım özümlə mübarizə aparmağa: ya bunu edəcəm, ya yox. Qərar verdim ki, artıq toylara getməyim. Toya gedəndə sənətçinin sanballı itir".

Musavat.com xəbər verir ki, bu sözləri rəqqasə Oksana Rəsulova "MTV Azərbaycan"da "Ulduzun vaxtı" proqramında deyib.

Rəqqasə daha sonra oğlu Osmandan bəhs edib: "Çox gözlənilən bir övlad idi. Hamiləlik dövründə belə özümə qadağa qoymurdum, nə istəyirdim yeyirdim. 56 kiloqramdan qalxdım 86-ya. İradəm var, məqsədçiyəm, karantində belə kökəlmədim. Yeməyi sevirəm, pəhriz də belə yeməkdən imtina etmirəm".

O.Rəsulova ailə qurmasından da danışıb: "Gözdən uzaq yaxşıdır. Göz önündə olmuşam, sonu yaxşı bitməyib. Bir çox ailələr göz önündə olanda pis olur. Evlənib-boşananları qınamıram, çox şey olur ki, biz bilmirik. Tamaşaçı bizi başa düşməlidir, gizli məqamları aşkar etmək olmur. Ailə həyatını gizli saxlayanda daha uzunömürlü olur”.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR