İnsanlara hürriyət, millətlərə istiqlal!

Toy vəhşiliyi: gəlini sürüyüb bəy evinə apardılar - VİDEO, FOTOLAR

10151 15.10.2014 16:17 Maraqlı A A
Qaçırılmış qız ağlayır, yalvarır, hönkürür. O, maşından düşmək istəmir. Lakin gələcək qaynanası, baldızları və yeni "qohum"ları onu dilə tuturlar, hər şeyin yaxşı olacağını deyirlər. 

Qız çırpınaraq "Yox! Yox! İstəmirəm! Evimizə getmək istəyirəm!" deyəndə onu zorla maşından endirirlər.

Sonra isə qızı sürüyərək gələcək ərinin evinə aparırlar. Qaçırılmış qız yalvarışlarına və hıçqırıqlarına rəğmən bəyin ata evinin qapısından itələnib içəri salınır. Toy musiqisi isə bir an belə, ara vermir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, hadisə Qazaxıstanın Akmola şəhərində yaşanıb. Həmin qız Qazaxıstanda hər il qaçırılan və zorla ərə verilən on minlərlə biçarədən biridir.

Mühafizəkar qazaxların dediklərinə görə, qız qaçırmaq onların qədim adətlərindən, "ata-babalardan qalma" ənənələrindən biridir.

Hüquq müdafiəçiləri isə bu adəti vəhşilik, insan haqlarının kobud şəkildə pozulması sayırlar.
Qaçırılmış qızı sürüyüb evə salmazdan əvvəl "təzə bəy"in anası əlindəki yaylığı biçarənin boynuna dolayır.

Bu yaylıq "oramal" adlanır və qız boynuna bu yaylığı salarsa, deməli, nikaha razıdır.


photoslide_title

photoslide_title

photoslide_title

photoslide_title

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR