İnsanlara hürriyət, millətlərə istiqlal!

Tovuzda yanacaqdoldurma məntəqəsinə basqın edənlərdən biri qadın olub - YENİLƏNİB

1516 03.10.2015 16:15 Ölkə A A


 Azərbaycanın Tovuz rayonunda yanacaqdoldurma məntəqəsinə hücum edən 3 nəfərdən biri qadın olub.

Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, İman Əkbərova məxsus yanacaqdoldurma məntəqəsinə basqın edənlər operator Mehman Eyvazovu bıçaqla hədələyərək, kassanı açdırıblar. Sonra onu  əl-qolunu  bağlayaraq, kassadakı 1700 manatı oğurlayıblar. 

*    *    *    *

14:10

 Bu gecə saat 03.00 radələrində Tovuz rayonunun Əyyublu kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə basqın edilib.

Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, naməlum şəxslər yanacaqdoldurma məntəqəsində nəzarətçiyə hücum edərək, əl-qolunu bağlayıblar və kassadakı pulu oğurlayıblar.
 
Hadisəni törədənlərin şəxsiyyəti və dəyən ziyan araşdırılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR