Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qovlar şəhəri ərazisində qeydə alınıb.
Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 1973-cü il təvəllüdlü Vəfa Əsgərovanı avtomobil vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.






