İnsanlara hürriyət, millətlərə istiqlal!

Tovuzda özünü 3-cü mərtəbədən atan şəxs narkotik istifadəçisi olub

717 08.03.2018 20:42 Ölkə A A

Tovuz Rayon Polis Şöbəsində dindirilmə zamanı özünü 3-cü mərtəbədən atan şəxslə bağlı bir sıra təfərrüatlar məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bu gün saat 17 radələrində polis şöbəsində dindirilən rayon sakini, 48 yaşlı Tofiq Şükürovun narkotik vasitə istifadəçisi olduğu bildirilir.

İlkin məlumata görə, hadisə baş verən zaman T.Şükürov narkotik vasitənin təsiri altında olub. Hazırda xəstəxanada müalicə olunan yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR