İnsanlara hürriyət, millətlərə istiqlal!

Tovuzda mikroavtobusun iştirakı ilə baş vermiş qəzada ölənlərin sayı artıb -FOTO, YENİLƏNİB

1095 23.10.2019 21:14 Kriminal A A

Tovuzda baş vermiş ağır avtoqəza nəticəsində xəsarət alan şəxslərdən daha biri dünyasını dəyişib.

APA-nın qərb bürosunun məlumatına görə, xəsarətləri ağır olan 1997-ci il təvəllüdlü Ağayev Qədim Nüsrət oğlu xəstəxanada keçinib.

***

Tovuzda ölümlə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Kəndlərarası marşrut xətti ilə hərəkətdə olan “QAZel” markalı mikroavtobus “VAZ-2107” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan sərnişin İsmət Qarayev aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Daha iki nəfər - 2005-ci il təvəllüdlü Məmmədova Sunay Məqsəd qızı və 1997-ci il təvəllüdlü Ağayev Qədim Nüsrət oğlu xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR