İnsanlara hürriyət, millətlərə istiqlal!

Tovuzda avtomobillər toqquşub, xəsarət alanlar var

327 04.01.2023 00:00 Hadisə A A

Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Əyyublu kəndində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobillə digər minik maşınının toqquşması nəticəsində Tovuz rayon sakini, 2003-cü il təvəllüdlü E.Həsənov və daha bir nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR