İnsanlara hürriyət, millətlərə istiqlal!

Tovuzda avtomobil qəzası olub, ölən və xəsarət alan var

662 14.11.2022 09:20 Hadisə A A

Tovuz rayonunun Hunanlar kəndində 1 nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2107" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılması nəticəsində sərnişin, 2002-ci il təvəllüdlü Vüsal Rzayev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Hadisə zamanı sürücü, 1999-cu il təvəllüdlü Kənan İsmayılov isə müxtəlif xəsarətlər alıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR