Tovuz rayonundan olan bir qrup ziyalı hüquq elmləri doktoru, professor İlham Rəhimova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirusla mübarizə çağırışına dəstək verdiyinə görə təşəkkür məktubu göndəriblər.
Musavat.com-un xəbərinə görə, həmin məktubda bildirilir ki, dünyanı başına götürmüş və yüz minlərlə insanın ölümünə səbəb olmaqda davam edən COVİD-19 virusunun törətdiyi bu bəşəri bəla vətənimiz Azərbaycandan da yan keçməyib: “İnsanların varlığına təhlükə yarandığı bu ağır günlərdə həmyerlilərimiz - iş ortaqlarınız Qod Nisanov və Zarax İliyevlə birlıkdə doğma xalqımızı düşünməyınızdən və onun təhlükəsizliyinin qayğısında olduğunuzu əməli fəaliyyətinizlə nümayiş etdirməyinizdən qürür duyduq.
Sizin ölkə Prezidentinin müraciəti əsasinda Koronavirusla Mübarizə Fonduna 2 milyon manat həcmində maddi vəsait köçürməyinizdən, əlavə olaraq ölkəyə müasir avadanlıqlarla təchiz olunmuş 10 ədəd təcili tibbi yardım ambulansları hədiyyə etməyinizdən hədsiz dərəcədə məmnun olduq. Biz bu addımlarınızı belə ağır və çətin günlərdə xalqımıza və vətənimizə olan sevgi və diqqətinizin bariz nümunəsi hesab edirik”.
Ziyalılar professor İlham Rəhimova ünvanladıqları məktubda həmin ambulanslardan birinin Tovuz rayonuna hədiyyə edilməsini xüsusi minnətdarlıq hissi ilə yada salırlar: “Ambulanslardan birini Tovuz rayon səhiyyə sisteminə hədiyyə etməyiniz isə tovuzlular üçün əsil sürpriz oldu. Sizin bir neçə il öncə Cilovdarlı kəndində müasir tibbi avadanlıqlarla təchiz edilmiş xəstəxana tikdirməyinizi, bir çox imkansız ailələrə və tələbələrə təmənnasız yardım etməyinizi, eləcə də digər xeyriyyəçilik fəaliyyətinizi yüksək qiymətləndirik. Sadaladığımız fəaliyyətləriniz sizin yurda, el-obaya sıx bağlılığınızın göstəricisidir. Bütün bunlara görə rayonumuzun sakinləri adından sizə dərin minnətdarlığımızı bildiririk”.
Musavat.com






