İnsanlara hürriyət, millətlərə istiqlal!

Torpaqlarımızın azad olunmasına vətəndaşların reaksiyası: "Kövrəlirəm..." - Videosorğu

3307 27.09.2020 20:20 Gündəm A A

Bu gün səhər saatlarından etibarən düşmən cəbhənin müxtəlif istiqamətlərində ordumuzun mövqelərini atəşə tutub.

Buna baxmayaraq Azərbaycan Silahlı Qüvvələri bütün cəbhəboyu istiqamətlərdə əks-hücum əməliyyatlarına başlayıb.

Rəsmi məlumata görə, Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. Ağdərə rayonu istiqamətində Murovdağı silsiləsində yerləşən bir neçə postlar dağıdılaraq, yüksəkliklər geri alınıb.

Bu münasibətlə Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda qələbə abu-havası var. Hər tərəfdə Azərbaycan Türkiyə bayraqları asılıb, qələbə sevinci yaşanır.

Musavat.com-un reportyor qrupu bu münasibətlə Bakıda videosorğu keçirib.

Həmin videosorğunu təqdim edirik:

 


Alim Liftiyev,
Rafət Şahbazov

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR