Xəbər verildiyi kimi, dünən Kanadanın Toronto şəhərində mikroavtobus kütləyə çırpılıb. Nəticədə 10 adam ölüb, 15 nəfər yaralanıb.
Hadisə Toronto şəhərində G-7 (“Böyük yeddilik”) dövlətlərinin nazirlər səviyyəsində sammitinin keçirildiyi ərəfədə baş verib.
Toronto şəhər Polis İdarəsinin sözçüsü Miqan Qrey hadisə ilə bağlı açıqlama verib. Musavat.com-un məlumatına görə, o, qeyd edib ki, piyadalara çırpılan maşın polis gəlmədən hadisə yerindən qaçıb. Bir müddət sonra saxlanılan sürücü polis idarəsinə aparılıb. M.Qrey həmçinin qeyd edib ki, bölgədə əsas yollar bağlanıb, metro səfərləri təxirə salınıb.
Yerli vaxtla saat 13:30-da meydana gələn hadisənin səbəbi hələlik məlum deyil. Qrey araşdırmaların davam etdiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl də ABŞ-da, Fransada, Almaniyada və başqa Avropa ölkələrində bənzər hadisələr baş verib. Müxtəlif ölkələrdən olan və sonradan terror təşkilarlarına bağlılığı aşkarlanan şəxslər ağır tonnajlı avtomobilləri qəsdən küçədəki qələbələyin üzərinə sürərək insan tələfatı törədib, xeyli adamı da yaralayıblar.
Kanadanın Toronto şəhərində furqonu piyadaların üzərinə sürərək 10 nəfərin ölümünə səbəb olan sürücünün şəxsiyyəti müəyyənləşib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, Kanada polisi müəyyən edib ki, 25 yaşlı sürücünün adı Alek Minasyandır və o, Ermənistan vətəndaşıdır. Sürücü saxlanılan zamanı polisə silahlı müqavimət göstərib. Hüquq-mühafizə orqanları cinayətin motivləri ilə bağlı hələ ki, heç bir açıqlama vermirlər.
"Reuters" iddia edir ki, baş verən hadisənin əsas versiyası terror aktıdır.
Furqonun Yanq və Finç küçələrinin kəsişməsində insanların üzərinə sürülməsi nəticəsində 10 nəfər ölüb, daha 15-i isə yaralanıb.
Musavat.com








