İnsanlara hürriyət, millətlərə istiqlal!

Torbörn Yaqland Azərbaycandakı siyasi məhbuslardan və məhkəmələrdən danışdı - erməninin sualına görə

1268 21.04.2015 20:53 Son xəbər A A

Mənə bu haqda danışmaq çox çətindir. Nə cavab verəcəyimi bilmirəm. Biz çalışırıq”

Bu sözləri Avropa Şurasının baş katibi Torbörn Yaqland Azərbaycanda siyasi məhbuslarla bağlı suala cavab verərkən deyib. Məsələni gündəmə Ermənistandan olan deputat Naira Zohrabyan gətirib. O, Avropa Şurasının “Hüquq məsələləri və insan haqları Komitəsi”ndə məsələnin müzakirə edilməsi zamanı zalın boş olduğuna diqqət çəkib: “Komitə Azərbaycandakı siyasi məhbuslarla bağlı məsələni faktiki olaraq boş zalda müzakirə etdi. Parlamentarlar müzakirələrə qatılmadı. Azərbaycan nümayəndə heyəti də Komitənin yığıncağına gəlmədi. Bu, AŞPA-nın nə qədər ikiüzlü qurum olduğunun göstəricisidir”.

Ermənistan deputatının sərt çıxışı qarşısında Torbörn Yaqland bir neçə saniyə susub, daha sonra isə problemlə bağlı fikirlərini deyib: “Azərbaycanda siyasi məhbus problemi ciddiyyətini qoruyur. Biz bununla bağlı dialoqu davam etdiririk. Hakimiyyətin, bizim və vətəndaş cəmiyyəti institutlarının təmsil olunduğu xüsusi qurum yaratmışıq. Problemin yoluna qoyulması, Azərbaycandakı siyasi məhbusların azad edilməsi üçün səylərimiz davam edir”.

Avropa Şurasını baş katibi deyib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması üçün qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması davam edir: “Venesiya Komissiyası Azərbaycandakı bir sıra qanunlarla bağlı sərt tənqidlər səsləndirib. Biz də hesab edirik ki, ölkədə vətəndaş cəmiyyəti institutlarının işləməsi, eləcə də məhkəmələrin sərbəst fəaliyyəti üçün qanunlara ciddi dəyişikliklər edilməlidir. Bu problemlər haqqında Azərbaycan təmsilçiləri ilə təmaslarımızda müzakirələr aparırıq”.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR