İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokioda bakılı kəşfiyyatçı haqqında serialın nümayişi böyük marağa səbəb oldu

931 26.02.2023 02:43 Gündəm A A

Fevralın 25-də məşhur kəşfiyyatçı Rixard Zorgeyə həsr olunmuş serialın Tokioda nümayişinə başlanılıb.

Serialın ilk hissəsinin nümayişi zamanı kinozal demək olar ki, tamamilə dolub.

Şinzoku bölgəsindəki kinoteatrda 80 yerdən cəmi beş yer boş qalıb.

Qeyd edək ki, kinoteatrda hər gün serialın iki bölümü yayımlanır. Nümayiş ümumilikdə altı gün çəkəcək.

Qeyd edək ki, Rixard Zorge Bakıda doğulub. O, 1933-cü ildən Yaponiyada Alman qəzetlərinin müxbiri kimi çalışmış sovet casusu olub. Zorge və onun dəstəsinin əsas hissəsi 18 oktyabr 1941-ci ildə həbs olunub. Kəşfiyyatçı 1944-cü il noyabrın 7-də edam edilib.

Mənbə: rossaprimavera.ru

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR