İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokio Cənubi Koreyanı ərzaq məhsullarını diqqətlə yoxladığına görə tənqid edib

356 23.08.2019 10:42 Dünya A A

Yaponiyanın ticarət naziri Hiroşiqe Seko Cənubi Koreyanı Yaponiyadan idxal edilən ərzaq məhsullarına nəzarətin gücləndirilməsi barədə plana görə tənqid edib.

AZƏRTAC xəbər verir ki, bu barədə o, NHK telekanalına müsahibəsi zamanı bildirib. Qeyd edilir ki, belə yoxlama 2011-ci ildə “Fukusima-1” AES-də baş verən qəzadan sonra ilk dəfə tətbiq ediləcək.

Cənubi Koreya tərəfindən yoxlamaların gücləndirilməsinin Yaponiyanın həmin ölkəyə ixraca nəzarəti kəskinləşdirməsi ilə bağlılığı barədə ehtimala münasibət bildirən H.Seko deyib ki, Tokionun atdığı addım ixracın idarə edilməsi ilə bağlı tədbirlərin tərkib hissəsidir və beynəlxalq səviyyəli inzibati tədbirdir.

Nazir əlavə edib ki, həmin məsələni digər sahələr üzrə də genişləndirmək istəyən Seulun mövqeyi arzuolunmazdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR