İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tokio-2020" Oyunlarının talismanlarına adlar verilib

794 22.07.2018 20:04 İdman A A

2020-ci il Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının talismanlarına adlar verilib.

"Report"un Oyunların Təşkilat Komitəsinə istinadən məlumatına görə, bu ilin əvvəllərində yaponiyalı məktəblilərin seçdikləri rəmzlərə "Miraytova" və və "Someyti" adlandırılıb. Olimpiadanın simvolu "Miraytova"da "Miray" yaponca "gələcək", tova" isə "əbədilik" anlamı verir.

Paralimpiadanın simvolu "Someyti" isə sakura ağacının populyar növü olan "someyyosino"dan gəlir və ingilis ifadəsi "so mighty"ni ("qüdrətli") ifadəsini xatırladır.

Qeyd edək ki, "Tokio-2020" 22 iyul - 9 avqustda keçiriləcək. İdmançılar 33 növ üzrə 339 dəst medal uğrunda mübarizə aparacaqlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR