"Tokio-2020" Olimpiya Oyunlarında ilginc olay baş verib.
Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, kişilər arasında yüngül atletika marafonunun finalında Fransa idmançısı Morhad Amdouni hollandiyalı rəqibi Abdi Nageyə qarşı etdiyi hərəkət ilə hər kəsi heyrətləndirib.
Belə ki, Morhad Amdouni yarış zamanı su şüşələri olan masanın yanından keçərkən bütün şüşələri yerə atıb. Məqsədi arxasında dayanan hollandiyalı idmançı Abdi Nagenin su götürməsinə mane olmaq olub.
Sosial mediada qısa müddətdə yayılan görüntüdən sonra Amdouniyə qarşı sərt reaksiyalar verilib, tənqid edilib. Maraqlısı isə odur ki, hollandiyalı idmançı yarışda fransız rəqibi üzərində böyük üstünlük qazanaraq 2-ci yerə çıxıb.
Nagenun su götürməsinə mane olduğu üçün tənqidlərə tuş gələn Morhad Amdouni 17-ci sırada yer alıb.
Xalidə Gəray,
Musavat.com






