İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokayev şayiələrə AYDINLIQ GƏTİRDİ

2159 03.01.2024 12:34 Dünya A A

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev konstitusiya referendumunun keçirilməsi və 2026-cı ildə keçiriləcək prezident seçkilərində iştirak planları ilə bağlı şayiələri təkzib edib.

Musavat.com xəbər verir ki, o, bunun  dezinformasiya olduğunu deyib:

"Əminəm ki, konstitusiyaya, xüsusən də belə fundamental məsələ ilə bağlı özbaşına düzəlişlər etmək artıq mümkün deyil.

Konstitusiya islahatı əsas qanuna özbaşına dəyişikliklər etmək məqsədilə aparılmadı".

Onun fikrincə, Konstitusiyanın prezidentin bir müddətə seçilə biləcəyi bəndi heç vaxt dəyişməməlidir.

Qeyd edək ki, 2022-ci ilin yayında ölkədə əsas qanuna dəyişiklik edilməsi üçün referendum keçirilib.

Qazaxıstan əhalisinin demək olar ki, 80 faizi müsbət danışıb. Yeni normalara görə, prezident bir dəfə yeddi il müddətinə seçilir, onun qohumları yüksək dövlət vəzifələri tuta bilməz, bundan əlavə, respublikanın ilk prezidenti Nursultan Nazarbayevin adı Konstitusiyanın mətnindən çıxarılıb.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR