İnsanlara hürriyət, millətlərə istiqlal!

Tofiq Yaqubluya hökm oxundu

2084 10.03.2025 19:30 Kriminal A A

Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubluya 9 il azadlıqdan məhrumetmə cəzası verib.

Musavat.com xəbər verir ki, məhkəmə onu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələri ilə təqsirli bilib.

Hökmə hakim Elnur Nuriyevin sədrlik etdiyi, Azər Tağıyev və Kamran Muxtarovdan ibarət hakimlər heyəti qərar verib.

Eyni iş üzrə mühakimə olunan digər şəxs, Elnur Məmmədov isə 8 il həbs cəzası alıb.

Tofiq Yaqublu məhkəmədə son sözündə indiyədək barəsində 4 dəfə cinayət işi açıldığını, əvvəlki üç məhkəmənin onu təqsirli bilib cəza verdiyini bildirib.

İ.Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR