İnsanlara hürriyət, millətlərə istiqlal!

Tofiq Yaqublunun AXCP ilə barışıq təşəbbüsünə Müsavatdan cavab

1891 29.03.2016 07:10 Siyasət A A
Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu həbsdən azad olunduqdan sonra mediaya verdiyi müsahibələrində Müsavatla AXCP arasında münasibətlərin pozulmasından təəssüfləndiyini və narahat olduğunu bildirib. 

Tofiq Yaqublu qeyd edib ki, müxalifətin iki aparıcı partiyasının bir-birindən uzaq olması, əməkdaşlıq etməməsi cəmiyyətdə demokratik qüvvələrə münasibətə, demokratiya uğrunda mübarizəyə mənfi təsir göstərir. Ona görə də Tofiq Yaqublu Müsavat Partiyası ilə AXCP-ni barışdırmağa, bu iki partiya arasında münasibətlərin yaxşılaşmasına təşəbbüs göstərəcəyini bəyan edib. 

Bəs Tofiq Yaqublunun başqan müavini olduğu Müsavat Partiyasının rəhbərliyi onun bu təşəbbüsünə necə yanaşır?

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirdi ki, Tofiq Yaqublu həbsdən azad olunduqdan sonra hələ nə partiya Divanının iclasında, nə də müavinliyin toplantısında iştirak eləməyib. Ona görə də o, müsahibələrində qeyd etdiyi məsələni partiyada qaldırmayıb və məsələ də bu səbəbdən müzakirə olunmayıb. Tofiq bəy iclasda iştirak edəndə məsələni rəsmi olaraq qaldırarsa, yəqin ki, müzakirə olunar və partiya mövqeyini bildirər. 

“Müsavat Partiyası ilə AXCP arasında münasibətlər düşmənçilik səviyyəsinə qədər pozulub, yoxsa sadəcə soyuqluq yaşanır” sualına G.Aslanlı belə cavab verdi: “Bizim heç kimlə düşmənçiliyimiz yoxdur. Müsavatın rəqibi Yeni Azərbaycan Partiyasıdır, hakimiyyətdir. Biz hər hansı bir partiyanı özümüzə düşmən saymırıq. Sadəcə olaraq, Tofiq Yaqublunun bir çox məsələlərdən məlumatsız olduğundan o cür çıxış eləməsi onun öz şəxsi mövqeyini ifadə etməsidir. Əgər Tofiq bəy özü o məsələni qaldırsa biz müzakirə edərik”.

E.SEYİDAĞA


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR