İnsanlara hürriyət, millətlərə istiqlal!

TOFİQ YAQUBLU VƏ REAL SƏDRİNİN HƏBSİ SƏFİRLİKLƏRLƏ MÜZAKİRƏ OLUNUB

635 13.02.2013 09:37 Ölkə A A

Bu barədə Monitorinq Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a məlumat verdi.
Onun sözlərinə görə, bir qrup hüquq müdafiəçisi Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia ilə görüşüb. Sonra Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib.
Novella CəfəroğluN.Cəfəroğlu daha sonra ABŞ səfirliyində olduqlarını söylədi: “Bizim görüşlərin əsas məqsədi Tofiq Yaqublu və İlqar Məmmədovun həbsini müzakirə etmək idi. Onlar hər iki siyasətçinin həbsinə xüsusi diqqət ayırıblar və bu istiqamətdə ciddi işlər görülür. Biz Avropa Şurasına da müraciət etmişik. AŞ PA həmməruzəçilərinin də bu həbslərlə bağlı bəyanatı olub”. N.Cəfəroğlu onların tezliklə azadlığa buraxılacağı ehtimalı barədə hələlik bir söz demək istəmədi: “Bütün səfirliklər işləyir. Hələlik bir söz deyə bilmərik, gözləyək görək”.
Hər iki müxalifətçinin vəziyyəti barədə isə yaxınları danışıblar. Qafqazinfo.az saytı isə Yaqublu ailəsindən reportaj təqdim edib. Nərgiz Yaqublu deyib ki, atası və bacısı azadlıq uğrunda həbs olunublar: “Ata bizə ”aksiyaya get" deməyib. O, həmişə bizə deyirdi ki, istəyirsinizsə gedin. Sadəcə ehtiyatlı olun. O, bizdən ancaq Şəhidlər Xiyabanı və Məmməd Əmin Rəsulzadənin məzarını ziyarət etməyi deyib. Atamın günahı yoxdur, biz istəyirdik və aksiyaya getdik. Mən heç vaxt düşünməmişəm ki, aksiyadan kənarda olum. Bu yoldan geri çəkilmək istəmirəm".
REAL-ın icraçı katibi Natiq Cəfərli facebook-da yazıb ki, İ.Məmmədova baş çəkib: “Ona lazım olan hər şeyi çatdırdım. Saat 11-dən orada idim. Onlarla insan var gözləyən. İt budkası boyda bir yer düzəldiblər, 2 nəfər zorla yerləşir. Orada oturub yemək gətirənlərin, ziyarətə gələnlərin qeydiyyatını aparırlar. İnsanlar soyuqda, küləkdə saatlarla gözləməli olur, söyüşün, qarğışın biri bir qəpik idi. Dustaq yaxınları zülmlə, saatlarla gözlədikdən sonra yeməkləri çatdıra bilirlər. İlqar alman dili öyrənmək üçün kitablar, lüğətlər istəmişdi, apardım. Bir az da saxlasalar, alman dilini də başqa bildiyi dillər kimi mükəmməl öyrənəcək. İndi hökumət deyəcək ki, İlqar AzTV-nin, bunların acığına alman dili öyrənir”.
Bu həbslərlə bağlı ötən gün T.Yaqublunun qohumu şair Zəlimxan Yaqubla əlaqə saxladıq. O isə “mənə bu barədə sual verməyin” deyib telefonu asdı. İ.Məmmədovla bağlı isə keçmiş partiya yoldaşı, sabiq AMİP-çi Nazim İmanov danışmaqdan imtina etdi. O, bunu uzun müddətdir mətbuata danışmaması ilə əlaqələndirdi.
Qeyd edək ki, hər iki siyasətçi İsmayıllı hadisələrində əhalini iğtişaşlara təhrik etməkdə ittiham olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR