İnsanlara hürriyət, millətlərə istiqlal!

Tofiq Yaqublu və İlqar Məmmədovun apelyasiya məhkəməsi avqustda olacaq

639 20.06.2014 14:50 Son xəbər A A
Nemət Kərimli: “Beynəlxalq təşkilatlar hakimiyyətdən  “vicdan məhbusları”nın tezliklə azadlığa buraxılmasını tələb edir” 

“”İsmayıllı işi”nə görə həbs olunmuş Tofiq Yaqublu və İlqar Məmmədovun növbəti apelyasiya məhkəməsi avqustun 12-də Şəki Apelyasiya Məhkəməsində olacaq”. Bu sözləri “Yeni Müsavat”a Tofiq Yaqublunun vəkili Nemət Kərimli deyib. 

O, məhkəmənin 1 aydan çox  vaxta təxirə salınmasını hakimiyyətin qanunda qeyd olunan ağlabatan müddətdən istifadə etdiyini bildirib: “Bu gün mən Şəki Apelyasiya Məhkəməsi ilə əlaqə saxladım. Hakim İnşallah Quliyevin köməkçisi zəng edib bildirdi ki, məhkəmə prosesi avqustun 12-ə təxirə salınmışdır. Bunu da onunla izah etdi ki, guya ki, vəkillərin vaxtları yoxdur, hakimlər məzuniyyətdə olacaqlar. Bununla əlaqədar olaraq mən hakimlə danışmaq istəsəm də, köməkçi onun başqa prosesdə olduğunu söylədi. Sadəcə olaraq, hesab edirəm ki, məhkəmə vaxtının bu qədər uzadılması böyük qanunsuzluqdur. Cinayət Prosessual Məcəlləsində məhkəmə prosesinin keçirilməsi ilə bağlı ağlabatan müddət nəzərdə tutulmuşdur. Bu müddətdən isə hakim öz bildiyi kimi istifadə edir. Yeganə məqsəd ondan ibarətdir ki, məhkəmə prosesini uzatmaqla təqsirləndirilən şəxsləri həbsdə saxlamaqdır. Bildiyiniz kimi beynəlxalq institutlar, hüquq müdafiəçiləri, eləcə də Avropa dövlətləri Azərbaycan hökumətindən Tofiq Yaqublu, İlqar Məmmədov, Yadigar Sadıqov, NİDA-çı məhbuslar da daxil olmaqla 14 vicdan məhbusunun  tezliklə azadlığa buraxmasını tələb edir. Hakimiyyət isə bunun əvəzində siyasi məhbusların həbs müddətini uzatmaq məqsədilə apelyasiya məhkəməsini vaxtını ləngidir ki, hökm qanuni qüvvəyə minməsin. Hökm qanuni qüvvəyə minmədiyi halda da əfv etmək mümkün olmur. Yalnız buna görə məhkəməni yubadırlar. Amma məhkəməni bu qədər vaxta təxirə salınması isə tamamilə qeyri-qanunidir. Çünki bir həftə əvvəl hakim bildirmişdir ki, məhkəmə uzağı  iyulun 3-4-ü olacaq. İndi də birdən-birə vaxtı uzatdılar”. 
Vəkil məhkəmə vaxtının bu qədər uzadılmasını qeyri-qanuni hesab edir: “Qanunla 15 gün ərzində apelyasiya məhkəməsi olmalıdır. İndi isə məhbusların protokollarla tanış olması adı ilə təxirə saldılar, hesab etdilər ki, bu qanunidir. Lakin siyasi hakimiyyət bilə-bilə məhkəmə prosesini uzadır ki, hökm qanuni qüvvəyə minməsin, əfv etmək də mümkün olmasın. Səbəb yalnız bundan ibarətdir. Bu hal Yadigar Sadıqovun işində də müşahidə olunub. Onun da apelyasiya prosesi aprel ayında başlayıb. Orada cəmi 1 zərərçəkmiş,  bir neçə hal şahidi var, bununla belə hələ də məhkəməni uzadıb iyulun 1-i təxirə salıblar. Məhkəmə yenə qismən araşdırma aparacaq, buna  başlasalar, bu insanların məntiqi ilə yəqin ki, məhkəmə prosesi daha da uzanacaq. Hər şey siyasi hakimiyyətdən asılıdır. İstəsələr tezliklə prosesi yekunlaşdıra bilərlər. Bunlar qanundakı ağla batan müddətdən istədikləri qədər istifadə edirlər, istəsələr aylarla, illərlə məhkəməni uzada bilərlər”. 

Nərgiz

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR