İnsanlara hürriyət, millətlərə istiqlal!

Tofiq Yaqublu və İlqar Məmmədovun apellyasiya məhkəməsi keçirilib

1018 20.05.2014 17:54 Son xəbər A A
Nemət Kərimli: “Vəsatətlərimiz yenə də təmin edilmədi”

Mayın 20-də Şəki Apelyasiya Məhkəməsində İsmayıllı olaylarına görə həbs edilən Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu, REAL-ın sədri İlqar Məmmədov və digər 10 nəfərin apelyasiya şikayətinə ilkin baxış keçirilib. 

Məhkəmə prosesi hakim İnşallah Quliyevin sədrliyi ilə baş tutub. 

T.Yaqublunun vəkili Nemət Kərimli “Yeni Müsavat”a açıqlamasında vəsatətlərinin yenə də məhkəmə hakimi tərəfindən təmin edilmədiyini bildirib: “Həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı yenidən vəsatət verildi. Ancaq vəsatətimiz yenə də təmin olunmadı. Onu həbsdə saxlamaq üçün heç bir əsas olmadığı halda, yenə də buraxmadılar. Digər vəkillərin də vəsatətləri rədd edildi. Qismən istintaq aparılması ilə növbəti proses iyunun 5-nə təyin edildi”.

Xatırladaq ki, martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsində Tofiq Yaqubluya 5 il, REAL hərəkatının sədri İlqar Məmmədova isə 7 il azadlıqdan məhrumetmə cəzası verilib.    

Günel MANAFLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR