İnsanlara hürriyət, millətlərə istiqlal!

Tofiq Həsənov məhkəmədə ittihamları qəbul etməyib

1098 29.12.2023 13:59 Kriminal A A

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bu gün Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən Tofiq Həsənov onlayn qaydada qatılıb.

Məhkəmədə şahidlərin ifadələri dinlənilib. İfadə verən şahidlər bildiriblər ki, Tofiq Həsənov 2016-cı ildən çalışdığı Pentensiar Xidmətdə vəzifəsindən istifadə edib vətəndaşlardan rüşvət alaraq, onları kiçik rəis və zabit vəzifələrinə götürüb. Təqsirləndirilən şəxs isə bu ittihamları qəbul etməyib və heç kimdən pul almadığını deyib.

Şahidlər ifadələrində qeyd ediblər ki, tələb olunan pulu birbaşa Tofiq Həsənova yox, Pentensiar Xidmətin Katiblik şöbəsinin rəisi Qoşqar Əliyevə veriblər. Qoşqar Əliyev isə pulları vətəndaşlardan aldığını təsdiq edib və o, bunu Tofiq Həsənovun tapşırığı ilə aldığını və ona verdiyini deyib.

Proses yanvarın 12-də davam etdiriləcək. (APA)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR