TIXAC PULU
Başqa belə bir dəstə Səbayel məhkəməsində 2 aprel məhbuslarının üzərində məhkəmə qurub. Məhkəmədən reportajı oxuyuram, adama heyrətə gəlir, insan hansı keyfiyyətlərə malik olmalıdır ki, günahsız adamlara qarşı bu cür ittihamlar səsləndirsin? Sən demə, aprelin 2-də mitinqçilərin ucbatından tıxac yaranıbmış və nəticədə Şahnisə Məmmədovaya məxsus avtobuslar 850 manat ziyana düşüblər. Bəyəm, Fəvvarələr meydanından avtobus marşrutu keçir? İkincisi də, iqtidar deyir ki, həmin gün Fəvvarələr meydanına 20-25 nəfər toplaşıbmış. Bu meydanda adi vaxtlarda eyni zamanda minlərlə şəhər sakini istirahət edir, bəs, onda necə olur ki, onlar tıxac yaratmırlar? Əgər yaradırlarsa, onlardan niyə “tıxac pulu” alınmır? Əgər həmin gün o ətrafda həqiqətən də tıxac yaranıbsa, bunu mitinqçilər yox, polislər ediblər. Onlardır mitinq keçirilən günü bəndi-bərəni bağlayan, avtobuslarla, yük maşınları ilə yolları kəsən. Buyursun, Şahnisə xanım pulunu polislərdən tələb etsin. Normal ölkələrdə sürücülərin dövlətdən kompensasiya tələb etməsi normal haldır. Tutaq ki, yoldakı kanalizasiya lyuku açıq olduğuna görə qəza törətmiş və ya maşınına ziyan dəymiş sürücü çox arxayınca məhkəmədə dava açıb düşdüyü ziyanı artıqlaması ilə dövlətdən kompensasiya edə bilər. Amma normal ölkələrdə tıxaca görə kompensasiya tələb etmək ən azından anormallıq kimi görünə bilər ki, bunu da bizdə mitinqçilərdən tələb edirlər.
Burada başqa bir məqam da ortaya çıxır. Şahnisə xanım iddia edir ki, aprelin 2-də mitinqə 10-15 dəqiqəlik cəhd müddətində o, 850 manat itirib. Özü də bu, qeyri iş günündə, sərnişinlərin seyrək vaxtında olub. Normal iş günündə bir gün ərzində Şahnisə xanım nə qədər pul qazanırmış? Bunu hesablamaq o qədər də çətin deyil. O, hətta sərnişin axınının ən zəif olduğu gündə 20 dəqiqəyə 850 manat qazanırmışsa, deməli bir saat ərzində ən azı 2500 manat, gün ərzində 30000 manat qazanır. Bir ayda bu 900000 manat təşkil edir. İndi buyursun Şahnisə xanım, bu qədər gəlirindən ödədiyi verginin məbləğini cəmiyyətə açıqlasın? Ödəməyibsə, deməli cinayət edib. Biləsiniz ki, vergilərdən yayınmaq maliyyə cərimələri ilə yanaşı həm də cinayət məsuliyyəti yaradır.
Yenidənqurma illərinin bir lətifəsi var. Onun əsasında “Bu şəhərdə” bir səhnəcik də yaradıb. Ömrü boyu dağlarda çobanlıq etmiş bir yaşlı kişi rayon mərkəzinə gəlməli olur. Kİşinin ehtiyacı yaranır və ictimai ayaqyoluna getmək istəyir. Qapıda duran ondan pul tələb edir. İndiyədək təbii ehtiyaclarını ancaq müftə ödəmiş həmin adam çox təəccüblənir və pulu verməli olur. Sonra da üzünü gəldiyi dağlara sarı tutub, “a dağlar, görəsən mənim sizə nə qədər borcum var?” deyir. Hörmətli Şahnisə xanım gərək hesablasın ki, bu iqtidarın ona nə qədər borcu var. İki gündən bir hansısa əttökən tədbirə görə şəhərin yarısını avtomobillərin hərəkəti üçün saatlarla, hətta günlərlə bağlayırlar, bütün şəhər iflic olur. Onda nəinki Şahnisə xanımın avtobusları, hətta piyadalar da tıxaclarda ilişib qalırlar. Odur ki, sahibkar xanım iqtidarı məhkəməyə verməli, ona dəymiş ziyanı qəpiyinədək almalıdır. Artıq tariflər də müəyyənləşib, daha dəymiş ziyanın məbləğini hesablamaq da o qədər çətin olmayacaq. Yubanmadan bunu etmək lazımdır. Onsuz da cibi boş müxalifətçilərdən bir qara qəpik də ala bilməyəcəksiniz, yazıqlar olmayan şeyi haradan versinlər. İqtidar isə gecə gündüz bu xalqın sərvətini satıb-talayıb cibinə və qarnına tıxır. Elə “tıxac” sözünün bir mənası da bunu ifadə edir. Odur ki, iqtidardan alınacaq “tıxac pulu” hər iki mənada çox ədalətli olardı.
Namxuda, Şahnisə xanım az qazanmırmış, odur ki, vergiləri ödəmək lazımdır, yoxsa mütəşəkkil cinayətkar dəstə onu da həbs edər. Xüsusən “tıxac pulu” alandan sonra o, çox qəzəbli olacaq.