İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiqran Abramyan: “Bu, şəxsən Paşinyanın üzünə sillə və aşağılama oldu”

963 18.08.2023 16:10 Siyasət A A

 

"44 günlük müharibədən sonra azərbaycanlılar öz mövqelərini Qafan hava limanından 100 metr aralıda yerləşdirəndə bunun belə olacağı göz qabağında idi".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində müxalif yönlü “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abramyan öz Facebook səhifəsində yazıb. Revanşist siyasətçi heç bir əsas olmadan Qafan hava limanına açılan atəşin Azərbaycan tərəfdən gəldiyini iddia edib.

Daha sonra Abramyan əsl niyyət və istəyini büruzə verir:

“Hava limanı yalnız o halda təhlükəsiz işlədilə bilər ki, ya azərbaycanlılar öz mövqelərindən geri çəkilməyə məcbur edilsinlər, ya da Ermənistanda hakimiyyət dəyişsin.

Yeri gəlmişkən, bu, həm də şəxsən Paşinyanın üzünə sillə və aşağılama idi. Bununla azərbaycanlılar həm Ermənistan hakimiyyətinə öz yerini göstərdilər, həm də ona xəbərdarlıq etdilər”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR