Xatırladaq ki, Ukraynanın Baş prokurorluğu keçmiş Baş nazir Yuliya Timoşenkonu Ukraynaya qaz verilməsi ilə bağlı 2009-cu ildə "Qazprom"la "Naftoqaz" şirkətləri arasında sövdələşməni vəzifə səlahiyyətləri həddini aşaraq imzalamaqda ittiham edir. Dövlət ittihamçısı eks Baş nazirə 7 il həbs cəzası kəsilməsini tələb edir.
Y.Timoşenko üzərində məhkəmə prosesi Qərbdə böyük rezonans doğurub. Avropalı siyasətçilər Ukrayna rəhbərinə xəbərdarlıq edərək bildiriblər ki, əgər Yuliya Timoşenko real həbs cəzası alsa, bu, Avropa Birliyi ilə Assosiasiya barədə razılaşmanın imzalanmasını təhlükə altında qoya bilər. Yeri gəlmişkən, sözügedən sənədin bir hissəsi Azad Ticarət Zonasının yaradılması barədədir. Kiyev sənədin 2011-ci ilin sonunadək imzalanacağına ümid edir.(itv)






