"Тimes": "Zimbabve hökuməti İranla gizli saziş imzalayıb"
APA-nın Böyük Britaniyanın “Times” qəzetinə istinadən verdiyi məlumata görə, belə bir iddia ilə Zimbabvenin Dağ-mədən Sənayesi Nazirliyindəki mənbə çıxış edib.
Zimbabvenin dağ-mədən sənayesi nazirinin müavini Cift Çimanikire bildirib ki, Zimbabvedən İrana uran satışını nəzərdə tutan saziş 2012-ci ildə imzalanıb.
“Times” qəzeti bu anlaşmanın beynəlxalq qalmaqala səbəb ola biləcəyini istisna etmir.






